“Real Madrid" və "Real Betis" matçında qapılara qol vurulmayıb

A- A A+

Noyabrın 2-də futbol üzrə İspaniya La Liqasının XII turu çərçivəsində keçirilən matçda "Real Madrid" doğma meydanda "Real Betis"i qəbul edib.

NUHÇIXAN xəbər verir ki, "Santiaqo Bernabeu" stadionunda keçirilən görüşdə qapılar toxunulmaz qalıb.

Beləliklə, "Real Madrid" doğma meydanda "Real Betis"ə qalib gələ bilməyib.
Keçirilən oyunlardan sonra İspaniya çempionatının turnir cədvəlinə Kataloniyanın "Barselona" klubu 22 xalla liderlik edir. "Real Madrid", "Atletiko Madrid" və "Sevilya" klubları 21 xalla ikinci, üçüncü, dördüncü pillələrdə qərarlaşıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: