Noyabr 3-də futbol üzrə Türkiyə Superliqasının X turu çərçivəsində keçirilən oyunda “Fənərbağça” səfərdə “Kayserispor”un qonağı olub.
NUHÇIXAN xəbər verir ki, “Kadir Has” stadionunda keçirilən görüşdə meydan sahibləri İstanbul komandasına qalib gəlib. Matçda yeganə qolu 58-ci dəqiqədə Kayseri təmsilçisinin hücumçusu Umut Bulut vurub.
Beləliklə, “Fənərbağça” səfərdə 0:1 hesabı ilə “Kayserispor”a məğlub olub.
Günün digər qarşılaşmasında isə “Dənizlispor” doğma meydanda "Sivasspor"u qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Kasımpaşa" - "Yeni Malatyaspor" oyununda isə qalib müəyyənləşməyib - 2:2.
Bu oyundan sonra "Alanyaspor" çempionatda 19 xalla liderdir. "Fənərbağça" isə 17 xalla dördüncüdür.