Sərbəst güləşçilərimiz Dağıstanda beş medala sahib olublar

A- A A+

Dağıstanın Xasavyurt şəhərində Arsenəli Murtuzəliyevin xatirəsinə yeniyetmələr arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.

NUHÇIXAN Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yarışda məşqçilər Namiq Quliyev və Əşrəf Əliyevin rəhbərliyi altında ölkəmizi təmsil edən sərbəst güləşçilərdən beşi fəxri kürsüyə qalxıb.

Ramik Heybətov (55 kq), Sabir Cəfərov (65 kq) və Cəbrayıl Hacıyev (71 kq) gümüş medal qazanıblar. Rəşid Sadıxhacıyev (80 kq) və Saqadulla Ağayev (92 kq) isə bürünc medalı boynundan asıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: