Cüdoçumuz Murad Fətiyev açıq Okeaniya turnirində üçüncü olub

A- A A+

Avstraliyanın Pert şəhərində cüdo üzrə açıq Okeaniya turniri davam edir.

NUHÇIXAN xəbər verir ki, komandamızın üzvü Murad Fətiyev (81 kq) bürünc medal uğrunda mübarizədə italiyalı Regis Andreaya qalib gəlib.

Qeyd edək ki, Azərbaycan komandasının aktivində daha 1 medal var. Təmsilçimiz Nicat Şıxəlizadə turnirdə ikinci yeri tutub. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə cüdoçumuz bu nəticə ilə aktivinə daha 500 xal yazdırıb.

Avstraliyada 66 ölkədən 310 cüdoçu mübarizə aparır. Ölkəmiz beynəlxalq yarışda 9 cüdoçu ilə təmsil olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: