Naxçıvan şahmatçıları Honkonq şahmatçıları ilə heç-heçə edib

A- A A+

Türkiyənin Çorum şəhərində 16 yaşlılar arasında təşkil edilən Şahmat Olimpiadasının səkkizinci turunun oyunları başa çatıb.

NUHÇIXAN xəbər verir ki, yarışda 16 yaşadək şahmatçılardan ibarət əsas yığmamızın – “Azərbaycan” komandasının Ukrayna millisi ilə qarşılaşması heç-heçə başa çatıb. “Azərbaycan-Naxçıvan” komandası isə Honkonq komandası ilə “sülh”ə razılaşıb.

Qeyd edək ki, “Azərbaycan” komandası 14 xalla birinci pillədədir. Sonrakı iki yerdə isə Özbəkistan və Qazaxıstan komandaları qərarlaşıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: