Naxçıvan şahmatçıları Türkiyə şahmatçıları ilə qarşılaşır

A- A A+

Noyabrın 5-də Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşlı şahmatçılar arasında Olimpiadanın sonuncu turunun partiyaları başlayıb.

NUHÇIXAN xəbər verir ki, turnir cədvəlinin şəriksiz lideri olan 16 yaşadək şahmatçılardan ibarət əsas yığmamız – “Azərbaycan” komandası Olimpiya çempionluğunun bir addımlığındadır. Millimiz sonuncu oyununu Çin yığmasına qarşı keçirir. “Azərbaycan-Naxçıvan” komandası isə ev sahibləri ilə qarşılaşır.

Qeyd edək ki, “Azərbaycan” komandası 14 xalla birinci pillədədir. Sonrakı iki yerdə Özbəkistan (13 xal) və Qazaxıstan komandaları (12 xal) qərarlaşıblar. “Azərbaycan-Naxçıvan” komandası 8 xalla 27-ci pillədədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: