44-cü Ümumdünya Şahmat Olimpiadası Moskvada keçiriləcək

A- A A+

2020-ci ilin avqustunda Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilməsi planlaşdırılan 44-cü Ümumdünya Şahmat Olimpiadasının Moskvada təşkil edilməsi qərara alınıb.

NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç məlumat verib.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası – FIDE-nin üzvü olan ölkələrin milli komandaları arasında turnir ilk dəfə 1927-ci ildə Londonda keçirilib. 1950-ci ildən başlayaraq yarış hər iki ildən bir təşkil edilir.

Moskva 1956-cı və 1994-cü illərdən sonra bu nüfuzlu yarışa üçüncü dəfə ev sahibliyi edəcək. 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadası Bakıda keçirilib. Sonuncu – 43-cü Olimpiada Batumidə təşkil olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: