Futzal üzrə “Avro 2022”nin seçmə oyunları yeni formatda keçiriləcək

A- A A+

Noyabrın 7-də İsveçrənin Nyon şəhərində 2022-ci ildə keçiriləcək Avropa çempionatının püşkatma mərasimi keçiriləcək. Bu dəfə rekord sayda iştirakçı ilə mübarizəyə start veriləcək.

NUHÇIXAN Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, 50 ölkənin milli assosiasiyası yarışa qatılmaqla bağlı müraciət edib. Bu iştirakçılardan 33-çü ilkin mərhələnin oyunlarında iştirak edəcək. 2020-ci ildə keçiriləcək dünya çempionatının elit-raundunda iştirak edən 16 komanda – Azərbaycan, Belarus, Xorvatiya, Çexiya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna - qrup, “Avro 2022”yə ev sahibliyi edəcək Niderland isə final mərhələsində mübarizəyə qoşulacaq.

“Avro 2022”nin seçmə oyunları yeni formatda keçiriləcək. İlkin mərhələdə (mini-turnir) 33 komanda 9 qrupa bölünəcək. Qruplardan 6-da 4, 3-də isə 3 iştirakçı olacaq. Gələn il yanvarın 29-dan fevralın 1-dək keçiriləcək matçlarda qaliblər qrup oyunlarına vəsiqə qazanacaqlar. İkinci pillənin sahibi olacaq 9 qrup ikincisi və ən yaxşı göstəriciyə malik 5 “üçüncü” pley-off oyunlarında iştirak edəcəklər. Pley-off oyunları ev və səfər prinsipi ilə keçiriləcək. Komandalar oktyabrın 28-də açıqlanmış reytinq cədvəlinə uyğun bölünüblər. Avstriya və Şimali İrlandiya debüt edəcək. Final mərhələsində isə ilk dəfə olaraq 16 komanda gücünü sınayacaq. Yeniliklərdən biri də millimizin də mübarizəyə başladığı ikinci qrup mərhələsinin oyunları ev-səfər prinsipi ilə keçiriləcək. 2021-ci ilin fevral, aprel və sentyabr aylarında komandalar hərəyə iki oyun keçirəcəklər. Bu mərhələdə hər qrupda 4 iştirakçı yer alacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: