Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Futbol Federasiyasının birgə təşkilatçılığı ilə 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın veteran futbolçuları arasında yoldaşlıq görüşü keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, noyabrın 9-da Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək oyunda “Araz-Naxçıvan” peşəkar futbol klubunun veteran futbolçuları ilə Azərbaycan Futbol Veteranları İttifaqının üzvləri qarşı-qarşıya gələcəklər. Oyun saat 15:00-da başlayacaq.