Futzal üzrə dünya çempionatının elit-raundunda Azərbaycan yığmasının rəqibləri müəyyənləşib

A- A A+

Gələn il təşkil olunacaq futzal üzrə dünya çempionatının elit-raundunun püşkü atılıb.

NUHÇIXAN xəbər verir ki, püşkün nəticələrinə əsasən Azərbaycan yığmasının rəqibləri müəyyənləşib. Belə ki, millimiz Rusiya, Xorvatiya və Slovakiya yığmaları ilə bir qrupda mübarizə aparacaq. Bu qrupun oyunları gələn il yanvarın 27-dən fevralın 5-dək Xorvatiyada keçiriləcək.

Xatırladaq ki, dünya çempionatının final mərhələsi Litvada təşkil olunacaq.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: