UEFA Avropa Liqası: APOEL - “Qarabağ” oyunu başlayıb

A- A A+

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsi çərçivəsində keçirilən APOEL - “Qarabağ” oyunu başlayıb.

NUHÇIXAN xəbər verir ki, Kiprin Nikosiya şəhərindəki “GSP Arena”da keçirilən görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Dani Kintana, Zubir və Araz Abdullayev yer alıblar.

APOEL-in heyətində isə meydana Beleç, Saviç, Merkis, Vuros, Ynnu, Matiç, Qendzoğlu, Lukas Souza, Mixayloviç, Xallenius və Pavloviç çıxıblar.
Qarşılaşmanın idarə edilməsi Avstriyadan olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Manuel Şüttenqruberdir.

A qrupunun digər oyununda Lüksemburqun “Düdelanj” klubu səfərdə İspaniyanın “Sevilya” komandası ilə görüşür.

Üç turdan sonra aktivində 9 xal olan “Sevilya” qrupda liderlik edir. “Qarabağ” 4 xalla ikinci, “Düdelanj” isə 3 xalla üçüncü yerdə qərarlaşıb. Qrupda sonuncu sırada yer alan APOEL-in 1 xalı var.

Bu komandalar arasında oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda üçüncü tur çərçivəsində keçirilmiş oyunda heç-heçə qeydə alınıb – 2:2.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: