Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turu start götürəcək.
NUHÇIXAN xəbər verir ki, iki günü əhatə edəcək tura Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Səbail” oyunu ilə start veriləcək. Saat 15:00-da başlayacaq görüşü Elçin Məsiyev idarə edəcək.
Bu gün keçiriləcək “Keşlə”–“Neftçi” matçının baş hakimi Vüqar Həsənli olacaq. Saat 17:00-də start götürəcək görüş “ASCO Arena”da oynanılacaq.
Noyabrın 10-da “Bank Respublika Arena”da keçiriləcək “Sabah”–“Sumqayıt” oyununda baş hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matç saat 16:30-da başlayacaq.
Tura həmin gün keçiriləcək “Qarabağ”-“Zirə” oyunu ilə yekun vurulacaq. Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma saat 19:00-da start götürəcək.
Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
On turdan sonra “Qarabağ” klubu 26 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 18 xal olan “Neftçi” ikinci, 16 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Səbail” (11), “Sumqayıt” (11), “Zirə” (10), “Sabah” (10) və “Qəbələ” (6) yer alıblar.