Məktəblilər arasında basketbol üzrə yoldaşlıq görüşü olub

A- A A+

9 Noyabr-Dövlət Bayraq Günü münasibəti ilə Yurdçu kənd tam orta məktəbinin idman zalında məktəblilər arasında basketbol üzrə yoldaşlıq görüşü keçirilib.

Kəngərli Rayon Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi və Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının Kəngərli Rayon Bolməsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda Çalxanqala və Böyükdüz kənd tam orta məktəbinin basketbol komadaları mübarizə aparıb.

Gərgin və maraqlı mübarizə şəraitində keçən oyun Çalxanqala kənd tam orta məktəb komandasının 32-18 hesablı qələbəsi ilə başa çatıb.

Sonda komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.

“Yeni həyat” qəzeti

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: