Ağır atletika üzrə Azərbaycan kuboku yarışları davam edir

A- A A+

Ağır atletika üzrə Azərbaycan kuboku yarışları davam edir.

NUHÇIXAN xəbər verir ki, Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının zalında keçirilən yarışlarda körpücük üzərinə bu dəfə çəkisi 49 və 55 kiloqrama qədər olan atletlər çıxıb. Müvafiq olaraq toplam 120 kiloqram (58+62) nəticə göstərən Sahil Miriyev və 202 kiloqram (92+110) nəticə göstərən Əvəz Tağıyev öz çəkilərində qızıl medala sahib çıxıblar.

Yarışlarda şəhər və rayonların, idman klublarının, mərkəzlərinin, Uşaq-gənclər idman məktəblərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atleti öz qüvvəsini sınayır. Azərbaycan kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: