Avropa kuboku turniri: şahmatçılarımız birinci turda Belçika və İsrail komandaları ilə qarşılaşırlar

A- A A+

Noyabrın 10-da Monteneqroda start götürən klublararası Avropa kuboku turnirində Azərbaycanı “Vüqar Həşimov” və “Odlar Yurdu” komandaları təmsil edir.

NUHÇIXAN xəbər verir ki, 66 kişi komandasının mübarizə apardığı turnirdə “Vüqar Həşimov” klubunun heyətində Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa yer alıblar. Qadınlar arasında yarışa 14 komanda qatılıb. “Odlar Yurdu” komandasında isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova mübarizə aparırlar. İlk turda “Vüqar Həşimov” klubu Belçikanın “Fonteine”, “Odlar Yurdu” komandası isə İsrailin “Rishon Lezion” komandaları ilə mübarizə aparırlar.

Noyabrın 16-dək keçiriləcək turnir 7 turdan ibarət olacaq.

Turnir cədvəlinin lideri “Alkaloid” komandasıdır. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarışda bu komandanın heyətində mübarizə aparacaq. Digər şahmatçılarımız Nicat Abbasov Avstriyanın “Raika”, Nərgiz Umudova Belçikanın “Echiquier Mosan” komandalarının heyətlərində qarşılaşmalarda iştirak edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: