Peyntbol üzrə muxtar respublika birinciliyi olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Atıcılıq Mərkəzində “12 Noyabr–Konstitusiya Günü"nə həsr edilmiş sağlamlıq imkanları məhdud Azərbaycan Vətən müharibəsi iştirakçıları və onlara bərabər tutulan şəxslər arasında peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Atıcılıq və Paralimpiya federasiyalarının birgə təşkilatçılığı ilə keçirilən birinciliyin məqsədi sağlamlıq imkanları məhdud şəxslər arasında peyntbol idman növünün təbliğ edilməsi, onların asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə inteqrasiyasıdır.
Yarışda 8 komandada 40 nəfər iştirak edib. Oyunların yekun nəticəsinə əsasən Sədərək rayon komandası I, Naxçıvan şəhər komandası II, Şahbuz rayon komandası III yerin sahibi olub. Mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli və Paralimpiya Federasiyasının sədri Nicat Babayev qalibləri təbrik edib, sözügedən idman növünün muxtar respublikada təbliği istiqamətində və sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası baxımından görülən işlərdən danışıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov iştirakçıları “12 Noyabr–Konstitusiya Günü" münasibəti ilə təbrik edib, muxtar respublikada idman və idmançılara göstərilən diqqət və qayğı nəticəsində idman sahəsində gedən dinamik inkişaf haqqında danışıb.
Sonra qaliblər mükafatlandırılıb, təşkilatçılar tərəfindən diplom, medal, kubok, mərmi kuponları və qiymətli hədiyyələr təqdim olunub.