Almaniyanın Münxen şəhəri 2022-ci ildə qarışıq idman növləri üzrə Avropa çempionatına ev sahibliyi edəcək.
NUHÇIXAN xəbər verir ki, 2022-ci ildə avqustun 11-dən 21-dək keçiriləcək çempionatda atletlər idmanın altı növü - atletika, velosiped idmanı, qolf, gimnastika, avarçəkmə və triatlon üzrə qüvvələrini sınayacaqlar. Yarışların əksəriyyəti Münxen şəhərinin Olimpiya Parkında və digər idman obeyktlərində baş tutacaq.
Avropa Atletika Federasiyasının prezidenti Svein Arne Hansen bildirib: “Münxen Olimpiya Parkında yaradılan şərait imkan verir ki, avropalı idmançıları Olimpiya Oyunlarının 50 illik yubileyində yenidən bir araya gətirək və bu möhtəşəm idman qurğunun imkanlarından səmərəli istifadə edək”.
Qeyd edək ki, Avropa çempionatının yarışları “Eurovision Sport” tərəfindən canlı yayımlanacaq.