Beynəlxalq Avtomobil Federasiyası təqdim olunan təqvim layihəsini təsdiq edərsə, 2019-cu ildə Formula 1 çempionatı 1963-cü ildən başlayaraq ilk dəfə dekabr ayınadək uzadılacaq.
NUHÇIXAN “Racefans”a saytına istinadla xəbər verir ki, layihəyə əsasən, mövsümü martın 17-də Avstraliya Qran-Prisi açacaq, sonra Formula 1-in tarixində 1000-ci avtoyürüşədək – Çin Qran-Prisinədək ikihəftəlik fasilə olacaq.
Almaniya Qran-Prisinin gələcəyinə zəmanət verilməməsinə baxmayaraq, mövsümün qalan hissəsi praktik olaraq, 2018-ci ilin təqvimi ilə tam üst-üstə düşür. Əbu-Dabi final yürüşünün keçirilmə vaxtı dekabr ayına keçiriləcək. Mayami Qran-Prisinin ehtimal olunan debütü nəzərə alınaraq, oktyabr ayında genişlənmə əmələ gəlib.