İstanbulda keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
NUHÇIXAN xəbər verir ki, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.
Güləşçilərimizdən ikisi - Əfqan Xaşalov (57 kq) və Ənvərbəy Dolqatov (65 kq) yarımfinala yüksəlib. Yarımfinalda hər iki güləşçimizin rəqibi Almaniya idmançısı olacaq. Əfqan Xaşalov 1/4 finalda Ukrayna pəhləvanı Taras Markoviç üzərində 4:3 hesabı ilə qalib gələrək almaniyalı Viktor Lezin ilə qarşılaşacaq.
Ənvərbəy Dolqatov isə ardıcıl olaraq bolqarıstanlı Dimitar İvanovu (14:4), ukraynalı Andrii Sviridi (10:0) məğlub edərək, növbəti mərhələdə Almaniya təmsilçisi Nikitas Dorna qarşı mübarizə aparacaq.