Almaniyanın “Bavariya” futbol klubunun hücumçusu Robert Levandovski yeni rekord müəyyənləşdirib.
NUHÇIXAN xəbər verir ki, 31 yaşlı polşalı hücumçu Münxen təmsilçisində oktyabr ayının ən yaxşı oyunçusu seçilib. “Bavariya” klubunun rəsmi saytında azarkeşlər arasında aparılan sorğunun yekun nəticəsinə əsasən, futbolçu 75,6 faiz səslə birinci olub. Polşalı hücumçu səsvermədə Serj Qnabri (10 faiz) və Manuel Noyeri ( 6 faiz) qabaqlayıb.
Bununla da, Levandovski ardıcıl üçüncü dəfə klubun ən yaxşı oyunçusu seçilərək yeni rekorda imza atıb. Bu uğura 31 yaşlı futbolçudan əvvəl heç kim nail olmayıb.
Qeyd edək ki, Levandovski oktyabrda Münxen klubunun heyətində keçirdiyi 6 oyunda 7 qol vurub.