Rusiya millisi “Avro-2020”nin növbəti oyununa çıxmaqdan imtina edib. Buna səbəb “Adidas” firmasının buraxdığı yeni formalardakı Rusiya bayrağını Serbiya bayrağı ilə səhv salmasıdır.
NUHÇIXAN xəbər verir ki, məsələ ilə bağlı “Adidas” firması Rusiya Futbol Federasiyasından üzr istəyib. Milli üçün buraxılan yeni formaların qolundakı Rusiya gerbi rəng düzülüşünə görə Serbiya bayrağının rənglərinə uyğundur. Hazırda Rusiya millisi Belçika və San-Marino ilə oyuna çıxmayacağını bildirib.
Formaların qolunda Rusiya bayrağına uyğun olaraq ağ, göy və qırmızı rənglərin sıralamasının yerinə Serbiya bayrağının rəngləri- qırmızı, göy, ağ təsvir olunub. Köynəklər satışa buraxılmasına baxmayaraq, “Adidas”a yeni formaların buraxılması üçün təlimat verilib.