Futbol üzrə Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyununa çıxacaq

A- A A+

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.

NUHÇIXAN xəbər verir ki, rəqib Latviya yığması olacaq. Riqadakı "Dauqava" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə 19:00-da başlanacaq. Bu komanda daha öncə yoldaşlıq görüşü çərçivəsində keçirilən Baltika Kubokunun qalibi olub. Komanda evdə Estoniya yığmasını 1:0 hesabı ilə üstələyib. Səfərdə isə Litva kollektivi ilə heç-heçə edib.

Qeyd edək ki, bu, UEFA Millətlər Liqasından əvvəl Azərbaycan millisinin son yoldaşlıq görüşü olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: