Noyabrın 15-də “Avro 2020”nin seçmə mərhələsinin 11-ci turunun növbəti görüşləri oynanılacaq.
NUHÇIXAN xəbər verir ki, turun ilk oyun günündə D, F və J qruplarında ümumilikdə 8 qarşılaşma keçiriləcək.
Günün bütün görüşləri aşağıdakılardır:
D qrupu:
Danimarka - Cəbəllütariq;
İsveçrə - Gürcüstan.
Qrupdakı vəziyyət: İrlandiya – 12 xal (7 oyuna), Danimarka - 12 xal (6), İsveçrə - 11 xal (6), Gürcüstan – 8 xal (7), Cəbəllütariq – 0 (6).
F qrupu:
Norveç - Farer Adaları;
Rumıniya – İsveç;
İspaniya – Malta.
Qrupdakı vəziyyət: İspaniya – 20 xal (8 oyuna), İsveç - 15 xal (8), Rumıniya – 14 xal (8), Norveç - 11 xal (8), Farer Adaları - 3 xal (8), Malta - 3 xal (8).
J qrupu:
Ermənistan – Yunanıstan;
Finlandiya – Lixtenşteyn;
Bosniya və Herseqovina – İtaliya.
Qrupdakı vəziyyət: İtaliya – 24 xal (8 oyuna), Finlandiya – 15 xal (8), Ermənistan - 10 xal (8), Bosniya və Herseqovina – 10 xal (8), Yunanıstan – 8 xal (8), Lixtenşteyn – 2 xal (8).