Azərbaycan "Tokio 2020"nin kişilər arasında şose velosipedi növündə təmsil olunacaq

A- A A+

Azərbaycan "Tokio 2020" Yay Olimpiya Oyunlarının kişilər arasında şose velosipedi növündə təmsil olunacaq.

Bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən Milli Olimpiya Komitəsinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təsdiq məktubu göndərilib.

NUHÇIXAN xəbər verir ki, UCI-nın reqlamentinə əsasən, kişilərin şose velosipedində Olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayında başa çatıb və Olimpiya

reytinqinin ilk 50 pilləsində qərarlaşan milli federasiyaların 130 idmançısı 4 illiyin zirvə yarışında iştirak hüququna yiyələnib. Bu müddət ərzində yığmamızın baş məşqçisi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət komandamız lisenziya xalları verən nüfuzlu beynəlxalq yarışlarda

894 xal toplayıb.

Ümumilikdə UCI-a üzv olan 196 milli federasiyadan 115-i "Tokio 2020" Yay Olimpiya oyunlarına lisenziya xalları qazanıb ki, Azərbaycan milli komandası da onların arasında 44-cü yerdə

qərarlaşıb.

Qeyd edək ki, şose velosipedində lisenziyalar milli federasiyalara verilir və Olimpiadada mübarizə aparacaq idmançını federasiya müəyyənləşdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: