Noyabrın 16-da futbol üzrə Azərbaycan milli komandası “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində yer aldığı E qrupunda yeddinci oyunun keçirəcək.
NUHÇIXAN xəbər verir ki, milli komandamız “Bakcell Arena”da Uels yığmasını qəbul edəcək. Saat 21:00-da başlayacaq görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Deniz Aytekin olacaq.
Bu, iki komanda arasında səkkizinci qarşılaşma olacaq. Əvvəlki görüşlərin təkcə birində - 2004-cü il sentyabrın 4-də Azərbaycan millisi Bakıda Uels ilə heç-heçə edib - 1:1. Qalan yeddi oyunun hamısında uelslilər qələbə qazanıblar.
Altı turdan sonra Azərbaycan yığması 1 xalla sonuncu pillədə qərarlaşıb. Uels millisi isə 8 xalla dördüncü pillədə yer alıb.
Azərbaycan millisi oyuna itkilərlə çıxacaq. İspaniyanın “Albasete” klubunda forma geyən Eddi İsrafilov texniki problemlərlə əlaqədar bu görüşdə iştirak etməyəcək. O, yalnız Slovakiya ilə səfər matçının hazırlıqlarına qatıla biləcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesində zədələndiyi üçün heyətdən çıxarılıb.
Uels millisində isə Denni Uord, Nil Teylor, Tom Lourens zədə üzündən heyətdən çıxarılıb. Əvəzində Aaron Remzi builki seçmə mərhələlərdə ilk dəfə yığmanın düşərgəsində yer alıb. Zədədən yeni sağalan Qaret Beyl millinin toplanışına qatılıb.