Azərbaycan Taekvondo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə taekvondo üzrə respublika birinciliyi və çempionatı keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, dekabrın 18-19-da yeniyetmələr, dekabrın 20-21-də gənc taekvondoçular arasında respublika birinciliyinin, dekabrın 22-də isə böyüklər arasında ölkə çempionatının təşkili planlaşdırılır.
Birincilik və çempionat ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır.
İdmançıların yarışlardan bir gün əvvəl çəki nəzarətindən keçməsi nəzərdə tutulur.