Futbol üzrə Azərbaycan millisi “Avro -2020”nin seçmə mərhələsində sonuncu oyununa çıxıb.
NUHÇIXAN xəbər verir ki, Trnava şəhərindəki Anton Malatinskiy stadionunda komandamız Slovakiya yığması ilə qarşılaşır.
“CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanan oyunu ukraynalı hakimlər idarə edir. Matçın baş hakimi Sergey Boykodur. Ona Vladimir Volodin və Semen Şlonçak kömək edir. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirir.
Millimizin start heyətində Emil Balayev, Qara Qarayev, Şəhriyar Rəhimov, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Vüsal İsgəndərli, Ramil Şeydayev, Eddi İsrafilov, Abbas Hüseynov, Anton Krivotsyuk və Cavid Hüseynov yer alıblar.
Slovakiya yığmasının ilk on birliyində isə meydana Martin Dubravka, Peter Pekarík, Lukaş Haraslin, Robert Bojeník, Matuş Bero, Milan Şkrinyar, Norbert Dyömber, David Hançko, Marek Hamşik, Yuraj Kuçka və Stanislav Lobotka çıxıblar
Slovakiya və Azərbaycan milliləri dünya və Avropa çempionatlarının seçmə mərhələlərində 8-ci dəfə üz-üzə gələcəklər. İndiyədək keçirilmiş 7 matçdan 6-da rəqib qalib gəlib. 2001-ci il iyunun 6-da Bakıda dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunda isə Azərbaycan millisi 2:0 hesabı ilə qələbə qazanıb.