NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun əməkdaşları “Naxçıvan” Universitetinin I kurs tələbələri ilə görüşüb.
Tədbirdə Universitetin Tələbə Gənclər Təşkilatının sədri Zakir Məmmədov çıxış etdikdən sonra Fondun Gənclər təşkilatları və gənclər ilə iş şöbəsinin baş mütəxəssisi Arzu Qasımov vətənpərvər, sağlam düşüncəli yeni nəslin formalaşmasında, ictimai fəallığın artırılmasında, onların ideyalarının, təşəbbüslərinin dəstəklənməsində fondun perspektivli fəaliyyətindən danışıb.
Çıxışlardan sonra tələbələri maraqlandıran suallar cavablandırılıb və Fondun bir illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.