Yaponiya Olimpiya Komitəsinin baş katibi 2020-ci il Yay Olimpiya Oyunlarında bu ölkənin nümayəndə heyətinin rəhbəri vəzifəsinə təyin edilib
Yaponiya Olimpiya Komitəsinin Direktorlar Şurası bu təşkilatın baş katibi Suyösi Fukuini 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında bu ölkənin nümayəndə heyətinin rəhbəri təyin edib.
NUHÇIXAN Kyodo agentliyinə istinadla xəbər verir ki, Fukui baş katib vəzifəsinə cari ilin iyun ayında təyin edilib. O həm də Yaponiya Tennis Assosiasiyasının icraçı direktorudur.
Xatırladaq ki, Tokioda Yay Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.