Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının elit-raundundakı rəqiblərindən Xorvatiya yığması yoldaşlıq oyunları keçirəcək.
NUHÇIXAN Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Balkan təmsilçisi Ukrayna millisi ilə üz-üzə gələcək. Oyunlar dekabrın 2-də və 3-də Ukraynada keçiriləcək.
Qeyd edək ki, elit-raundda millimizin yer aldığı qrupun oyunları gələn il yanvarın 27-dən fevralın 5-də Xorvatiyada keçiriləcək. C qrupundakı digər iştirakçılar Rusiya və Slovakiya milliləridir.