Noyabrın 22-də futbol üzrə Türkiyə Superliqasında XII turunda İstanbul derbisi baş tutub.
NUHÇIXAN xəbər verir ki, turun mərkəzi görüşündə İstanbulun iki komandası "Başakşəhər" səfərdə "Qalatasaray"ın qonağı olub. "Türk Telekom" stadionunda baş tutan görüşdə "Başakşəhər" rəqibini minimal hesabla məğlub edib. Oyunda yeganə qolu qonaqların hücumçusu Fredrik Qulbrandsen vurub.
Beləliklə, "Başakşəhər" İstanbul derbisini minimal hesabla qazanıb.
Turun digər oyunu noyabrın 23, 24 və 25-də keçiriləcək.