Dünya çempionatında Azərbaycanı 12 kikboksçu təmsil edəcək

A- A A+

Noyabrın 23-dən dekabrın 1-dək Antalyada kikboksinqin WAKO versiyası üzrə full-kontakt və kik-layt növlərində dünya çempionatı keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, bu nüfuzlu yarışda Azərbaycanı 12 idmançı təmsil edəcək. Milli komandamızın tərkibində “Ağ canavar” ləqəbli dəfələrlə Avropa və dünya çempionu olmuş Eduard Məmmədov da iştirak edəcək.

Qeyd edək ki, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bu ilin oktyabrında keçirilmiş dünya çempionatında E.Məmmədov kikboksinqin layt-kontakt versiyası üzrə dünya çempionu adına layiq görülüb. O, budəfəki dünya çempionatında kik-layt versiyası üzrə mübarizə aparacaq.

Komandamız Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev və birinci vitse-prezident Güloğlan Cabbarovun rəhbərliyi altında yarışacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: