Braziliyanın “Flamenqo” klubu “Libertadores” kubokunun qalibi olub

A- A A+

Noyabrın 24-də futbol üzrə “Libertadores” kubokunun 2018-2019-cu il mövsümünün final oyunu keçirilib.

NUHÇIXAN xəbər verir ki, Perunun paytaxtı Limadakı “Monumental” stadionunda baş tutan qarşılaşmada sonuncu çempion - Argentinanın “River Pleyt” klubu ilə Braziliyanın “Flamenqo” komandası qarşılaşıb. Braziliya təmsilçisi matçın 14-cü dəqiqəsində Santos Borrenin qolu ilə hesabda geri düşsə də, 89-cu və 90+2-ci dəqiqələrdə Qabiqolun dublu sayəsində oyunda geri dönüş edərək kuboka sahib olub.

Bununla da “Flamenqo” tarixində ikinci dəfə “Libertadores” kubokunun qalibi adını qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: