Türkiyə Superliqası: “Fənərbağça” səfərdə xal itirib

A- A A+

Noyabrın 24-də Türkiyə Superliqasının XII turunda “Fənərbağça” səfərdə “Yeni Malatyaspor”un qonağı olub.

NUHÇIXAN xəbər verir ki, “Yeni Malatyaspor” stadionunda keçirilən matçda qapılara qol vurulmayıb – 0:0.

Günün digər oyunlarında “Göztəpə” səfərdə “Alanyaspor”u minimal hesabla məğlub edib 0:1. “Kayserispor” klubu isə doğma meydanda “Sivasspor”a 1:4 hesabı ilə uduzub. “Gənclərbirliyi” isə səfərdə “Kasımpaşa”nı 1:2 hesabı ilə üstələyib.

Tura noyabrın 25-də keçiriləcək “Antalyaspor” – “Qaziantepspor” matçı ilə yekun vurulacaq.

Hazırda “Sivasspor” 24 xalla turnir cədvəlinə liderlik edir. “Trabzonspor” və “İstanbul Başakşəhər” klubları 22 xalla müvafiq olaraq ikinci və üçüncü pillələrdə yer alıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: