Azərbaycan idmançıları ciu-citsu üzrə dünya çempionatında 3 medal qazanıblar

A- A A+

Azərbaycan idmançıları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən ciu-citsu üzrə dünya çempionatında iki qızıl və bir gümüş medal qazanıblar.

NUHÇIXAN xəbər verir ki, mundialda ölkəmizi Tehran Seyidov, Elşən İbişov və Emil Qurbanov təmsil ediblər. Hər üç idmançımız finaladək irəliləməyi bacarıb. E.İbişov və E.Qurbanov finalda rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. T.Seyidov isə finalda rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, 32 ölkənin iştirak etdiyi çempionatda Azərbaycan millisi 3 medalla 9-cu pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: