Futzal üzrə Yüksək Liqada IX turun oyunlarına hakim təyinatları açıqlanıb.
NUHÇIXAN Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, turun oyunları noyabrın 28-də keçiriləcək.
Tura “Marafon”-“Yasamal” oyunu ilə start veriləcək. Saat 12:00-da başlayacaq görüşün baş hakimi Azər Əsgərov olacaq.
Saat 14:00-da start götürəcək “Neftçi”-“Premirer” qarşılaşması Anar Fərəcova tapşırılıb.
“Baku Fire”-“Bakı” oyununda Əli Cəbrayılov ədaləti qoruyacaq. Görüş saat 16:00-da başlayacaq.
EKOL-“Xızı” arasında keçiriləcək oyuna Hikmət Qafarlı təyinat alıb. Qarşılaşmanın start fiti saat 18:00-da səsləndiriləcək.
Tura “Record”-“Araz” matçı ilə yekun vurulacaq. Saat 20:00-da start götürəcək oyunun baş hakimi Ramiz Məhərrəmov olacaq.
Turun oyunları Bakı İdman Sarayında təşkil olunacaq.
Qeyd edək ki, səkkiz turdan sonra hesabında 24 xal olan “Araz” komandası turnir cədvəlinə liderlik edir. “Neftçi” və EKOL 18 xalla 2-3-cü pillədə yer alıblar.