Muxtar respublika paralimpiyaçıları yüksək nəticələr əldə ediblər - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Abşeron Olimpiya İdman Kompleksində keçirilən V Respublika Uşaq Paralimpiya İdman Oyunlarında iştirak edən Paralimpiya Federasiyasının təmsilçiləri muxtar respublikaya medallarla qayıdıblar. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının təşkilatçılığı ilə V Respublika Uşaq Paralimpiya İdman Oyunlarında uğurlu nəticələr əldə edən sağlamlıq imkanları məhdud uşaqlarla görüş olub.

Görüşdə çıxış edən Paralimpiya Federasiyasının Sədri Nicat Babayev muxtar respublikada idmanın inkişafı üçün yaradılan şəraitdən və əldə edilən uğurlardan danışıb.

Qeyd olunub ki, görülən işlərin nəticəsi olaraq, ötən ay Federasiyanın daha bir idmançısı Bakı şəhəri “Zirvə” İdman Klubunda parapauerliftinq üzrə açıq respublika birinciliyində uğurla çıxış edərək yarışda III yerin sahibi olub.  Federasiyanın sədri V Respublika Uşaq Paralimpiya İdman Oyunlarında fərqlənən paralimpiyaçıları təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov və  məşqçi-müəllimlər cari il ərzində bu idman sahəsində görülən işlərdən, əldə olunan uğurlardan bəhs ediblər.

Vurğulanıb ki, idmançılarımızdan Zahir İbrahimov Uşaq Paralimpiya İdman Oyunlarının boccia növünün  iki müxtəlif kateqoriyası üzrə yarışın qalibi adını qazanıb. V Respublika Uşaq Paralimpiya İdman Oyunlarında iştirak edən federasiyanın digər təmsilçiləri stolüstü tennis üzrə Nihal İmanov, üzgüçülük müsabiqəsində isə Hüseyn Abdullayev yüksək nəticələr göstərərək yarışın bürünc medallarına layiq görülüblər.

Sağlamlıq imkanları məhdud uşaqların valideynləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Sonda V Respublika Uşaq Paralimpiya İdman Oyunlarında yüksək nəticələr göstərən sağlamlıq imkanları məhdud uşaqlar hədiyyə və fəxri fərmanlarla təltif olunublar.

                                  

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: