Almaniyanın “Bavariya” futbol klubunun hücumçusu Robert Levandovski UEFA Çempionlar Liqasıda yeni rekord müəyyənləşdirib.
NUHÇIXAN xəbər verir ki, 31 yaşlı polşalı hücumçunun rekordu UEFA Çempionlar Liqasının 5-ci turunda “Srvena Zvezda”nı 6:0 hesabı ilə məğlub etdikləri oyunda qeydə alınıb.
R.Levandovski 14 dəqiqə 31 saniyəyə 4 qol vuraraq qitənin ən nüfuzlu futbol turniri tarixində ən qısa zamanda poker edən futbolçu olub.
Qeyd edək ki, polşalı hücumçu cari mövsümdə UEFA Çempionlar Liqasında 10 qol vuraraq turnirin bombardiridir.