Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatının sahibi müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, mükafata İspaniyanın “Atletiko Madrid” klubunda çıxış edən portuqaliyalı Joau Feliş layiq görülüb.
Portuqaliyalı hücumçu 332 səslə bütün rəqiblərini geridə qoyub. Almaniyanın “Borussiya Dortmund” komandasında çıxış edən ingiltərəli hücumçu Ceydon Sanço (175 səs) ikinci, Almaniyanın “Bayer Leverkuzen” klubunun yarımmüdafiəçisi Kay Haverts (75 səs) üçüncü olub.
Qeyd edək ki, qalibi Avropanın aparıcı idman nəşrlərinin jurnalistləri müəyyənləşdiriblər.