Ağsu rayonunda məktəblilər arasında keçirilən şahmat üzrə Azərbaycan çempionatında iştirak edən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının idmançıları uğurlu nəticələr əldə ediblər.
NUHÇIXAN xəbər verir ki, 12 yaşlı oğlanlar arasında zəka sahibi Seyid Hüseyn keçirdiyi 7 görüşdən 5,5 xal toplayaraq ölkə çempionu adına layiq görülüb.
12 yaşlı qızların mübarizəsində isə Nazlı Hümbətova liderdən cəmi 0,5 xal az toplayaraq çempionatın bürünc mükafatçısı olub. Digər zəka sahibi Sadiq Qarayev isə 14 yaşlı oğlanların mübarizəsində 4,5 xal toplayaraq ölkə çempionatını 5-ci pillədə başa vurub.
Sonda qalib idmançılarımız mükafatlandırılıblar.