UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin beşinci turu çərçivəsində keçirilən “Sevilya” - “Qarabağ” oyunu başlayıb.
NUHÇIXAN xəbər verir ki, Sevilya şəhərindəkı “Xuan Sançes Pisxuan” stadionunda keçirilən görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Asmir Beqoviç, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rahil Məmmədov, Abbas Hüseynov, Miçel Madeyra, Riçard Almeyda, Qara Qarayev, Zubir və Xayme Romeo yer alıblar.
Meydan sahibi “Sevilya”nın heyətində isə meydana Yassin Bunu, Serxi Qomes, Daniel Karriço, 7. Runu Lopes, Munas Dabbur, Munir. Xavyer Ernandes, Alexandro Pozo, Nemanya Qudel, Serxio Eskudero və Oliver Torres çıxıblar.
Qarşılaşmanın idarə edilməsi İsveçdən olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Məhəmməd Əl-Hakimidir.
Xatırladaq ki, A qrupunun digər oyununda Lüksemburqun “Düdelanj” klubu öz meydanında Kiprin APOEL komandasını qəbul edir.
Qeyd edək ki, dörd turdan sonra aktivində 12 xal olan “Sevilya” qrupda birinci pillədə qərarlaşıb. Aktivində 4 xal olan APOEL və “Qarabağ” ikinci və üçüncü yerləri bölüşürlər. “Düdelanj” isə üç xalla sonuncu - dördüncü yerdə qərarlaşıb.