UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin beşinci turu çərçivəsində keçirilən “Sevilya” - “Qarabağ” oyunu başa çatıb.
NUHÇIXAN xəbər verir ki, Sevilya şəhərindəki “Xuan Sançes Pisxuan” stadionunda keçirilən görüşdə Ağdam təmsilçisi 2:0 hesabı ilə məğlub olub.
Beləliklə, “Qarabağ” bu məğlubiyyətdən sonra play-off mərhələsinə çıxma şansını itirib. A qrupunda “Qarabağ” ilə 4 xalla ikinci və üçüncü yerləri bölüşən Kiprin APOEL komandası səfərdə Lüksemburqun “Düdelnaj” klubuna 2:0 hesabı ilə qalib gəlib.
Qrup mərhələsinin son turunda “Qarabağ” öz meydanında “Düdelanj” ilə, “Sevilya” isə səfərdə APOEL komandası ilə qarşılaşacaq. Altıncı turda “Qarabağ” qalib gələrsə, APOEL məğlub olsa, 7 xal toplamalarına baxmayaraq şəxsi oyunlardakı üstünlüyə görə (2:1, 2:2) nikosiyalılar qrup mərhələsini 2-ci pillədə başa vuracaq.
Növbəti turun oyunları dekabrın 11-də keçiriləcək.