Bu, mənim Bakıya ilk səfərimdir. Azərbaycanda idmana bəslənilən sevgini, diqqət və qayğını dünyanın heç bir ölkəsində görmək mümkün deyil. Bu, çox sevindirici haldır.
NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilmiş BMX üzrə dünya çempionatının mükafatçısı, fransalı Antuan Deroin deyib.
Bakıdakı Veloparkın möhtəşəmliyinə valeh olduğunu bildirən fransalı velosipedçi bildirib: “Əslində, burada çox mehriban mühit var. Biz burada rəqib deyil, çoxlu dost qazanırıq. Yarışlar yüksək səviyyədə keçirilib. Velosiped idmanının BMX növü üzrə dünya çempionatından sonra dostlarımla Bakıya gələcəyəm.