Noyabrın 29-da UEFA qitənin ən nüfuzlu klub turnirinin - Çempionlar Liqasının qrup mərhələsinin rəmzi “11-liyi”ni açıqlayıb.
NUHÇIXAN qurumun saytına istinadla xəbər verir ki, ilk “11-lik”də 10 fərqli klubun oyunçusu yer alıb.
Rəmzi heyətdə Aleksandr Kerjakov (“Zenit”, Rusiya), Deyan Lovren (“Liverpul”, İngiltərə), Serge Aurier (“Tottenham”, İngiltərə), Sven Bender (“Bayer Leverkuzen”, Almaniya), Enok Mvepu (“Zaltsburq” Avstriya), Emil Forsberq (“Leypasiq”, Almaniya), Korentin Tolisso (“Bavariya”, Almaniya), Hakim Ziyeş (“Ayaks”, Niderland), Romelu Lukaku (“İnter”, İtaliya), Lionel Messi (“Barselona”, Kataloniya) və Robert Levandovski (“Bavariya”, Almaniya) yer alıblar.
Xatırladaq ki, qurum rəsmi saytı, həmçinin həftənin ən yaxşı futbolçusunun da adını açıqlayıb. Azarkeşlər arasında aparılan sorğuya əsasən, Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski həftənin ən yaxşı oyunçusu adına layiq görülüb.