Naxçıvanda paralimpiyaçılar arasında şahmat birinciliyinin qalibləri müəyyənləşib

A- A A+

Naxçıvan Şahmat Mərkəzində sağlamlıq imkanları məhdud olan 18 yaşadək şəxslər arasında keçirilən şahmat üzrə muxtar respublika birinciliyinə yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Paralimpiya və Şahmat federasiyalarının birgə təşkil etdikləri birincilikdə sağlamlıq imkanları məhdud 27 nəfər mübarizə aparıb. Beynəlxalq şahmat qaydalarına əsasən keçirilən oyunları federasiya tərəfindən təsdiq olunan hakimlər heyəti idarə edib.

Yekun nəticələrə əsasən Səlim Sadiqli, Allahverdi Əsgərov və Anar Cəfərli ilk üç pillədə qərarlaşıblar.

Sonda qalib idmançılara Gənclər və İdman Nazirliyi diplom, Paralimpiya Federasiyası bütün iştirakçılara oxunması zəruri olan kitablar, Şahmat Federasiyası isə ilk beş yeri tutan qaliblərə pul mükafatı təqdim edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: