Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən məktəblilər arasında voleybol üzrə muxtar respublika birinciliyi başa çatıb.
NUHÇIXAN xəbər verir ki, birincilikdə 19 komanda mübarizə aparıb. Final oyunlarında Şərur və Culfa rayon komandaları qızlar və oğlanlar arasında qalibi müəyyənləşdirməyə çalışıblar. Maraqlı və gərgin keçən oyunların nəticələrinə əsasən Culfa rayonunun təmsilçiləri həm qızlar, həm də oğlanlar arasında qələbə qazanıblar. Şərur rayon komandası ikinci, Kəngərli rayon komandası isə üçüncü olub.
Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplom və kuboklarla mükafatlandırılıblar.