Dünyanın ən güclü şahmatçılarının universal reytinq siyahısı açıqlanıb

A- A A+

Beynəlxalq Şahmat Federasiyası (FIDE) dekabr ayı üçün universal reytinq siyahısını açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, şahmatçımız Teymur Rəcəbov dünyanın ən güclü şahmatçılarının siyahısında ilk onluqda qərarlaşıb (2766, 9-cu yer). Şəhriyar Məmmədyarov isə 2763 xalla 12-ci pillədə yer alıb.

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2689, 49-cu yer) və Rauf Məmmədov (2688, 50-ci yer) ilk 50-likdə yer alıblar. Nicat Abbasov (2657, 100-cü yer) isə ilk 100-lüyü qapayır.

Kişi şahmatçılar arasında dünya çempionu norveçli Maqnus Karlsen (2870) birinci yerdədir. Çinli Dinq Liren, fransalı Maksim Vaşe-Laqrav (hər ikisi 2796) sonrakı iki pillədə qərarlaşıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: