Dekabrın 5-6-da Estoniyanın paytaxtı Tallində rapid üzrə Avropa çempionatı keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, ölkəmizi qitə çempionatında 4 şahmatçı təmsil edəcək. Təmsilçilərimizdən 2-si - Qədir Hüseynov (2705) və Rauf Məmmədov (2661) turnirin reytinq favoritləri hesab olunurlar. Q.Hüseynov turnirin reytinq favoritləri arasında 2-ci, R.Məmmədov isə 6-cı pillədədirlər.
Turnirdə iştirak edəcək digər idmançılarımız Rəfael Bayramlı start reytinqdə 431-ci, Yusif Kərimli 439-cudur.
Otuz dörd ölkədən 474 şahmatçının (onlardan 47-si qrossmeysterdir) qatılacağı yarış İsveçrə sistemi üzrə keçiriləcək və 13 turdan ibarət olacaq.