Naxçıvan cüdoçusu birinciliyin qalibi olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri Bakı şəhərində təşkil olunan birincilikdə iştirak ediblər.

Bərgüşad İdman Klubunun açıq birinciliyində 100-dən çox idmançının mübarizəsində Naxçıvan cüdo­çusu uğurlu çıxış edib. +55 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxan Qalib Qaybalıyev bütün rəqiblərini üstələyərək birinciliyin qızıl medalını qazanıb.

Sonda idmançımız diplom və medalla mükafatlandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: