İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi Jerard Pike Kataloniyada 2019-cu ilin ən yaxşı futbolçusu seçilib.
NUHÇIXAN xəbər verir ki, 32 yaşlı müdafiəçi təqdimetmə mərasimində mükafatı qazandığı üçün qürur hissi keçirdiyini deyib. J.Pike komanda yoldaşlarına təşəkkürünü bildirib və cari mövsümdə uğur qazanacağlarına ümidvar olduğunu vurğulayıb.
Qeyd edək ki, ispaniyalı müdafiəçi 2008-ci ildən “Barselona”nın formasını geyinir. O, cari mövsümdə Kataloniya təmsilçisinin heyətində keçirdiyi 17 oyunda bir dəfə fərqlənib.